Həmsədrlər tərəfləri Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə çağırdı

  • By admin
  • 25 Oktyabr 2016 17:05
hemsedir
Həmsədrlər İrəvan və Bakını Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlamağı təklif edir.
Gununsesi.info xəbər verir ki, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda jurnalistlərə açıqlamasında deyib.
“Biz təkcə prezidentlərin görüşündə deyil, eyni zamanda   bütün məsələlərin cəmiyyətdə müzakirəsinin aparılmasını arzu edirik.
Artıq Azərbaycan prezidenti İlham Əliyev  Dağlıq Qarabağın statusu ətrafında müzakirə açıb. Biz bunu hamılıqla alqışlamalıyıq”- deyə, ATƏT MQ-nin amerikalı həmsədri Ceym Uorlik deyib.
Amerikalı həmsədr onu da əlavə edib ki,  münaqişə tərəflərinin mövqeyi üst-üstə düşməyə bilər, bununla belə bu məsələlər  Azərbaycan, Ermənistan  cəmiyyətinin və Dağlıq Qarabağdakı icmaların ixtiyarına verilməlidir: “Mən bunu Bakıda da bəayn etdim və burada da təkrar edirəm- biz İlham Əliyevin  bəyanatını alqışlyırıq, ona görə yox ki, bu son sözdür. Ondan ötəri ki, bu məsələ müzakirə predmetinə imkan yaradır”.  
Gununsesi.info