Həmsədrlərdən BƏYANAT: - "Aprel döyüşlərindən sonrakı vəziyyəti araşdırdıq"

  • By admin
  • 26 Oktyabr 2016 09:40
hemsedir 
Həmsədrlərin səfərlərinin yekunu ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, ATƏT MQ həmsədrlərinin regiona səfərin əsas məqsədi cari ilin aprel ayında baş verən  “dördgünlük müharibə”dən sonrakı vəziyyəti öyrənmək olub.
Gununsesi.info xəbər verir ki, ATƏT Minsk qrupu həmsədləri regiona səfərlərinin yekunları ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Bəyantda bildirilir ki, ATƏT MQ həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə prezidentlərin mümkün görüşünü müzakirə edəcəklər.
Sənəddə  bildirilir ki, XİN başçıları ilə müzakirələr ATƏT xarici işlər nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində keçiriləcək.
Bununla belə həmsədrlər regiona səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç komitəsinin  nümayəndələri ilə görüşüərək itkin düşənlərin mübadiləsi və humanitar tədbirlərin həyata keçirilməsinin  davamlı olaraq həyata keçirilməsini müzakirə ediblər.
Mürtəza
Gununsesi.info