Həmyerlisini çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirdi - CƏLİLABADDA

  • Müəllif: admin
  • 05 Aprel 2017 09:34

bicaqladi

Cəlilabadda qətl törədilib.

Rayon Prokurorluğundan Gununsesi.info-ya verilən məlumata görə, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Kənd sakini Əli Xanbaba oğlu Əliyev aralarında yaranmış mübahisə zəminində həmyerlisi Nemət Eldar oğlu Astanovu çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisəni törədən Ə. Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Gununsesi.info