Hər 10 şagirddən 4-ü məktəbdən yayınır

  • Müəllif: Orxan
  • 08 Sentyabr 2026 12:55

Azərbaycanda 15 yaşlı şagirdlərin 37 faizi iki həftə ərzində ən azı bir gün məktəbə getmədiyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PISA 2025 tədqiqatının Azərbaycan üzrə nəticələrində qeyd olunub.

Sorğu PISA imtahanından əvvəlki iki həftəni əhatə edib. OECD ölkələrində həmin müddət ərzində ən azı bir gün məktəbə getməyən şagirdlərin orta payı 22 faiz olub.

Beləliklə, Azərbaycanda dərsdən yayınma göstəricisi OECD ortalamasından 15 faiz bəndi yüksəkdir.

Azərbaycanlı şagirdlərin 43 faizi iki həftə ərzində ən azı bir dərsi buraxdığını bildirib. OECD ölkələrində müvafiq göstərici 24 faizdir.

Şagirdlərin 55 faizi isə həmin müddətdə ən azı bir dəfə məktəbə gecikib. OECD üzrə orta göstərici 50 faiz təşkil edib.

Nəticələrə əsasən, Azərbaycanda hər 10 şagirddən təxminən 4-ü ən azı bir gün məktəbdən, 4-dən çoxu isə ayrı-ayrı dərslərdən yayınıb. Hər iki şagirddən birindən çoxu məktəbə gecikib.

Gununsesi.info