
2019-cu ilin ilk ayından etibarən Azərbaycanda ciddi islahatlara start verilməsi ölkə vətəndaşları tərəfindən böyük məmnunluqla qarşılanmaqdadır. Özəlliklə, ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsləri, onun vətəndaşların problemlərinin həllinə yönəlik qərarları vətəndaşların kütləvi razılığı ilə qarşılanmaqdadır.
Sosial sahədə baş verən yeniliklər, ayrı-ayrı fərdlərin probleminə belə özəl münasibət də göstərir ki, 2019-cu il Azərbaycan vətəndaşlarının həyatında ciddi dönüş ili olacaq.
Vətəndaşlarımızın əsas hüquq və azadllıqlarının da təminatı Prezident İlham Əliyevin əsas prioritetlərindən biridir.
Ölkə başçısının müəyyən etdiyi bu siyasətin ayrı-ayrı icra hakimiyyəti strukturları tərəfindən icra edilməsi isə əsas prioritetlərdən biri olmalıdır.
Bəzi hallarda ölkə vətəndaşının Prezidentin iradəsinə zidd münasibətlə üzləşəndə ictimai rəydə bunun dövlətin adına yazılması təəssüf doğurur. Halbuki, dövlətin elan etdiyi məqsədlə bu üst-üstə düşmür.
Elə bir neçə gün əvvəl Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun analitik məqaləsində də buna xüsusi yer ayrılıb.
Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların habelə, Prezident Administrasına ünvananlanan ərizə və şikayətlərin ümumi təhlilinə əsaslanaraq, yazılan məqalədə ayrı-ayrı dövlət qurumları ilə vətəndaş münasibətlərinin mövcud durumu əks olunub.

Bu məqalədə Baş Prokurorluğun fəaliyyətinin yüksək qiymətləndirilməsi digər nazirliklər və qurumlar üçün nümunə sayıla bilər.
Belə ki, vətəndaşların ərizə və şikayətlərinə zamanında baxılması, qaldırılan məsələlərin obyektiv araşdırılmasında prokurorluq orqanlarının müsbət fəaliyyəti göz önündədir.
Ölkənin Baş Prokurorunun hər ay vətəndaş qəbulu həyata keçirməsi, xüsusilə, bölgələrə getməsi təqdirəlayiq haldır.
Təəssüf ki, vətəndaş müraciətlərinə baxılmasında süründürməçiliklə məşğul olan qurumlar da var. Açıq şəkildə bəyan edilməlidir ki, bu qurumlar öz fəaliyyətini İlham Əliyevin müəyyən etdiyi prioritetlərlə ayaqlaşdırmalıdır.
Demokratik idarəetmədə ictimairəyin əsas kimi götürülməsi Prezident tərəfindən də dəfələrlə qeyd olunub.
Bu məsələdə dövlət qurumları ilə KİV orqanlarının da üzərinə məsuliyyət düşür.
Bir neçə nazirliyi çıxmaq şərtilə əksər nazirlik və komitələr KİV-lə yaxından əməkdaşlıq edir.
Media nümayəndələri arasında aparılan sorğulara istinad etsək o zaman Baş Prokurorluq və DİN-nin fəaliyyətini örnək göstərmək olar.
Digər qurumların başında dayananlar da öz işlərinin öhdəsindən layiqincə gəlsəllər ölkə rəhbərliyini əlavə yükdən azad etmiş olarlar.
Gununsesi.org












