Hər hansı avtomobil qəzası olmayıb - ƏHƏD ABIYEV (EKSKLÜZİV)

  • Müəllif: admin
  • 04 Dekabr 2018 12:50

“Hər hansı bir avtomobil qəzasına düşməmişəm. Bu gün Daşkəsən rayonun deputatı, FHN-nin nümayəndələrinin iştirakıyla böyük tədbirimiz olub”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında Daşkəsən Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bəzi internet saytlarında avtomobil qəzasına düşməsi barədə xəbərlərə münasibətində bildirib.

Gununsesi.org-a açıqlamasında icra başçısı bir neçə dəqiqə sonra vətəndaş qəbulu keçirəcəyini də deyib.