“Hər şey yaxşı olacaq, Mübariz bəyi azadlığa buraxacaqlar…”

  • By admin
  • 09 İyun 2020 16:16
ir müddətdir ki, həbsdə qalan tanınmış iş adamı Mübariz Mənsimovun gələn həftə məhkəməsi olacaq.
Gununsesi.org xəbər verir ki, bu haqda Moderator.az-a açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov deyib. B.Əşrəfov M.Mənsimovun tezliklə azadlığa çıxacağını bildirib:
“İnşallah iyunun 15-də Mübariz bəyin məhkəməsi olacaq. Həbs ediləndən hələ məhkəməsi olmayıb. Hər şey yaxşı olacaq, azadlığa çıxacaq. Səhhəti də artıq yaxşıdır. Allah Mübariz müəllimə görə narahat olan hər kəsdən razı olsun. Biz də onun azadlığa çıxacağı günü səbirsizliklə gözləyirik. Allah böyükdür, haqq öz yerin tapar İnşallah”.
Qeyd edək ki, M.Mənsimov Əməkdar artist Baloğlan Əşrəfovu Türkiyədə əməliyyat etdirib.

Gununsesi.org