
“Beynəlxalq Ordu Oyunları – 2017” yarışlarında iştirak edəcək Azərbaycan hərbçiləri Qazaxıstana yola düşüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində keçiriləcək “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Qazaxıstana yola düşüb.
Qeyd edək ki, bu müsabiqələr avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.
Anar
Gununsesi.info









