Hərbçimiz xidməti vəzifəsini yerinə yetirərkən həlak olub

  • By admin
  • 19 İyun 2022 09:24

Naxçıvan Muxtar Respublikası ərazisində qulluq edən hərbçi – kapitan Yolçuzadə Nizami Vahid oğlu xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Gununsesi.info-nun Modern.az-a istinadən verdiyi xəbərə görə, hərbçinin olduğu maşın onu döyüş postuna apararkən qəzaya uğrayıb.

Məlumata görə, hadisə mərhum hərbçinin məzuniyyətdən sonrakı ilk xidmət günündə baş verib.

Yolçuzadə Nizami Vahid oğlu əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir.
Allah rəhmət eləsin!

Gununsesi.info