Hərbi helikopteri qəzaya uğradı: 5 nəfər itkin düşdü - ABŞ-DA

  • Müəllif: admin
  • 16 Avqust 2017 20:30

helokoppp

ABŞ-ın Havay adaları yaxınlığında “UH-60 Black Hawk” hərbi helikopteri qəzaya uğrayıb.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident hərbi təlimlər zamanı baş verib.

Oahu adası yaxınlığında Sakit okeanda helikopterin qalıqları aşkarlanıb, 5 hərbçi itkin düşmüş hesab edilir. Hazırda axtarış-xilasedici əməliyyatı davam etdirilir.

Gununsesi.info