Hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir - MÜDAFİƏ NAZİRLİYİ

  • By admin
  • 23 İyul 2016 17:52

kondisionerdush1

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“Görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir tipli kondisionerlər quraşdırılıb. Eyni zamanda şəxsi heyətin günəş şüalarından daldalanması üçün hərbi hissələrin ərazisində müvəqqəti kölgəliklər və su duşları quraşdırılıb, hərbi qulluqçular qablaşdırılmış içməli su ilə daim təmin olunurlar”-deyə, məlumatda sonra qeyd olunur.

Gununsesi.info