
Malayziya Kral Hava Qüvvələrinin təyyarəsi radarlardan itib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, yerli telekanalların verdiyi xəbərə əsasən təyyarə Kuantan şəhər aviabazasından səhər saatlarında havaya qalxıb. Havaya qalxdıqdan yarım saat sonra isə Paxanq və Terenqqanu ştatları sərhədində təyyarə ilə əlaqə kəsilib.
Hazırda axtarış-xilasetmə işləri aparılır.
Gununsesi.info











