Həsən Ruhani Donald Trampın görüş təklifini RƏDD EDİB

  • Müəllif: admin
  • 30 Oktyabr 2017 12:10

İran Prezidenti Həsən Ruhani sentyabrda BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Trampın görüş təklifini rədd edib.

Gununsesi.info xəbər verir ki, bunu İranın Daxili İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi deyib.

B.Qasımi bundan öncə Fransa Prezidenti Emmanuel Makronun bu görüşü təşkil etmək üçün vasitəçi olduğunu yazan İran mediasının iddiasını təkzib edib.

Qeyd edək ki, Baş Assambleyada iki lider bir-birinin ünvanına sərt ifadələr işlətmişdi.

Gununsesi.info