Həyətində çətənə kolları becərən Yevlax sakini saxlanıldı

  • Müəllif: admin
  • 07 Sentyabr 2017 12:46

cetenek1

Yevlax rayon sakininin evindən marixuana, habelə həyətyanı sahəsindən çətənə kolları götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə,Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Havarlı kənd sakini, əvvəllər məhkum olunmuş Cəlal Qəhrəmanovun evinə baxış zamanı 265,58 qram marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info