Haaqa məhkəməsi Azərbaycanla bağlı qərarını açıqlayacaq

  • By admin
  • 20 Fevral 2023 20:54

Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işində (Azərbaycanın Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə qərarını açıqlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat yayılıb.

Məhkəmə hakim Coan Donoqunun sədrliyi ilə Sülh Sarayında baş tutacaq.

Gununsesi.info