Hacı İbrahim “çökür”

  • By admin
  • 13 May 2016 21:49

haci ib

İş adamı texnikalarını satışa çıxardı

“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Xəzər adaları” layihəsinin tikintisi üçün aldığı texnikaları satışa çıxarıb. AzNews.az-a daxil olan məlumata görə, layihədə istifadə olunan ağır texniki vasitələrin artıq bir hissəsi satılıb. Hacı İbrahimin maliyyə böhranından sonra çətinliklə üzləşdiyi, məhz bu səbəbdən belə addım atdığı bildirilir.
Qeyd olunur ki, “Xəzər adaları”nda işlər səngidiyindən və iş adamına təcilli nağd pul lazım olduğundan texnikaları ucuz qiymətə satmağa məcbur olub.

Xatırladaq ki, “Beynəlxalq Bank işi”ndə adı hallanan iş adamı ötən il saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı. Nehrəmli “Beynəlxalq Bank”dan əvvə 78 milyon manat məbləğində kredit götürdüyünü, kredit borcunu gecikdirdiyi üçün “Bandotdel”ə aparıldığını açıqlasa da, sonradan bu məbləğin 500 milyona yaxın olduğunu etiraf etmişdi.
Ancaq bəzi məlumatlara görə isə, Hacı İbrahim mifik “Xəzər adaları” layhəsini rallaşdırmaq adı ilə Beynəlxalq Bankdan 850 milyon dollar götürüb. Ümumilikdə Hacının kredit borclarının məbləğinin 1 milyard dollara yaxın olduğu deyilir. Yəni Hacı İbrahim utopik layihəsinə “öz pullarını” yox, banklardan aldığı kreditləri xərcləyib. Özü də Beynəlxalq Banka ödəyəcəyi kreditlə yanaşı, başqa kreditlərinin olduğunu da etiraf edib. Hansı ki, mifik bir layihə adı ilə alıb xərcləyib. Həm də təkcə bu layihəyə yox. Şəxsi təyyarəyə, katibəsi üçün yüz min dollarlıq “cip”ə, minlərlə dollarlıq ətirlərə, özünə 14 min dollara ayaqqabı almağa və s. bu kimi dəbdəbələrə…

Təsadüfü deyil ki, bir qədər əvvlə yayılan məlumatlarda Hacı İbrahimin satışa çıxardığı əmlaklar arasında daşınmaz obyektlərlə yanaşı bahalı avtomobillərin də olduğu bildirilirdi.

Qeyd edək ki, “AzPolitika.info” dəfələrklə bu layihənin perespektivsizliyinə, ortada ciddi bir fəaliiyətin deyil, sadəcə İbrahim Nehrəmlinin əksəriyyəti sonradan yalan çıxan iddialarının olduğuna dair məqalələr dərc edib. Bu layihəyə inamsızlıq yaradan ən əsas faktorlardan biri də elə layihə müəllifinin özünün bəyanatları olub. İbrahim Nehrəmli çox tez-tez danışır və saysız-hesabsız vədlər verir, rəqəmlər açıqlayır, tarix göstərirdi. Lakin indiyədək bu vədlərin mütləq əksəriyyəti özünü doğrultmayıb, açıqlanan rəqəmlər isə heyrətdoğurucu həddə ziddiyyətli olub (Bu barədə AzPolitika.info-da 09.07.2014-cü ildə yayımlanmış “XƏZƏR ADALARI”: FIRILDAQ LAYİHƏ BARƏDƏ BÜTÜN GİZLİNLƏR” adlı araşdırma yazısında ətraflı bəhs olunub).

Ötən ilin yayında isə İbrahim Nehrəmli ilə Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cunlə müqavilə imzaladığını bəyan etmişdi. İddia edirdi ki, adıçəkiləm şirkət FANTASTİK “Xəzər adaları” layihəsinə ilkin olaraq 3 milyard dollar, ümumilikdə isə 15 milyard dollar investitsiya yatırmağa razılaşıb. Guya Çinin adıçəkilən şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşdıracaq.

Hələ bu müqavilə imzalanarkən “AzPolitika.info” İbrahim Nehrəmlinin “Xəzər adaları” layihəsi ilə bağlı indiyədək söylədiklərinin heç 1 faizinin belə reallaşmadığını əsas götürərək, bu xəbərin də doğru olduğunu şübhə altına almış, hətta mümkün olmadığını bildirmişdi. Bununla bağlı elə müqavilə imzalanan gün saytımızda “HACI İBRAHİMİN 3 MİLYARDLIQ YENİ NAĞILLARI VƏ HƏQİQƏTLƏR” başlıqlı yazı dərc olunmuşdu. Maraqlananlar baxa bilər, təkrarlamaq istəmirik.