Hacıqabulda iki piyadanı avtomobil vuraraq öldürüb

  • By admin
  • 14 Sentyabr 2017 22:10

qeza_0235
Hacıqabulda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun 110-cu kilometrliyində, rayonun giriş hissəsindəki körpüdə qeydə alınıb.
Həmin körpüdə dayanan 2 piyadanı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçiniblər.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info