Hadisə küçədə yatdı - "QORXULU BİR GECƏ İDİ"

  • By admin
  • 21 İyul 2017 10:14

565327

Türkiyənin Muğla sahillərində baş verən 6,3 bal gücündə zəlzələ Hadisəni də qorxudub.

Gununsesi.info Milliyet-ə istinadən xəbər verir ki, məşhur müğənni gecəni küçədə yatmalı olub.

Hadisə ailəsi istirahət etdiyi çimərliyin həyətində yatdığı fotoları sosial şəbəkədən: “Pis qorxduq, inşallah, ölən yoxdur. Qorxunc bir gecə idi” , – şərhi ilə paylaşıb.

Qeyd edək ki, Egey dənizində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində Yunanıstanda 2 nəfər ölüb, yaralananların sayı isə 120 nəfərə çatıb.

Gununsesi.info