Hakim azarkeşlə bağlı Azərbaycan millisinə müraciət etdi: "Ağır durumda olan azarkeşimizin bütün xərclərini qarşılayın"

  • By admin
  • 10 Oktyabr 2016 14:08

tahir_suleymanov_neftci_300

Tanınmış hakim Tahir Süleymanov Azərbaycan millisinin məşqçi, futbolçu heyətinə müraciət edib. 

Gununsesi.info-nun məlumatına görə, müraciətdə deyilir:
“Azarkeşimiz Zahidov Nahid Azərbaycan-Norveç oyununa gedərkən Olimpiya stadionunun yaxınlığındakı körpüdən yıxılaraq ağır vəziyyətdə əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib.
Milli komandanın üzvlərinə, məşqçi, futbolçulara müraciət edirəm. Ağır durumda olan azarkeşimizin bütün xərclərini qarşılayın. Ehtiyac olarsa dünyanın ən aparıcı klinikalarında əməliyyat, müalicə, tam bərpasını təmin edin. Bunun üçün sizlərin yetərincə maliyyə imkanlarınız var. Norveçlə oyuna görə alacağınız mükafatın az qismi yetərlidi. Azarkeşimiz futbola, Azərbaycana, sizlərə görə stadiona gəlirdi… İnanıram ki, bu nəcib addım atılacaq.
Allah şəfa versin!”

Gununsesi.info