Hakimiyyət Müsavatdan razı qalıb – ƏDALƏT VƏLİYEVLƏ ARİF HACILI YENİDƏN BİR ARAYA GƏLDİ

  • By admin
  • 20 Dekabr 2020 16:37

“Bu günlərdə Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyevlə telefon danışığımız olub.

Ədalət Vəliyev 44 günlük müharibə dövründə ölkədə milli birlik mühitinin yaranmasında Müsavat Partiyasının xüsusi rolu olduğunu qeyd edib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı bildirib. Müsavat başqanı deyib ki, müharibə günlərində və ondan sonrakı dövrdə irəli sürdüyümüz təkliflərin əsasən qəbul olunub: “Bu təkliflər həyata keçib.

Ədalət Vəliyev bildirdi ki, bu təkliflər düşmən üzərində qələbəmizə əhəmiyyətli töhfə verib. Bütün bunlara görə mənə və Müsavat Partiyasına Azərbaycan hakimiyyətinin minnətdarlığını çatdırıb.

Telefon danışığında Qarabağ bölgəsində indi yaranmış mürəkkəb vəziyyət və bu vəziyyətdən çıxış yolları, həmçinin həmrəylik mühitinin davam etdirilməsi barədə müzakirələrimiz oldu. Milli birlik mühitinin davam etməsi üçün hakimiyyətin atmalı olduğu addımlar barədə konkret təkliflər verdim.

Qarşımızda duran vəzifələrdən biri kimi daxili və xarici siyasətdə ciddi dəyişikliklərin zəruriliyi barədə fikirlərimi çatdırdım. Bu məsələr barədə irəli sürdüyümüz və mətbuatda yayılan təkliflərimizi diqqətə almalarını təklif etdim. Yayılan bəzi təhrif olunmuş məlumatlara aydınlıq gətirərərək bildirirəm ki, təqribən 15 dəqiqə ərzində davam edən telefon danışığımızın özəti budur.

 

Turanə Tağızadə

Gununsesi.info