“Hakimiyyət yalan danışmır” – Prezident Lukaşenko qəzəbləndi

  • By admin
  • 22 Aprel 2020 15:40

Belarus Prezidenti Aleksandr Lukaşenko Ümumdünya Səhiyyə (ÜST) Təşkilatının koronavirus pandemiyasına qarşı mübarizə üçün tövsiyələrini rədd edib.

 

Gununsesi.org xəbər verir ki, ÜST bu ölkədə infeksiyaya yoluxmanın kütləvi hal almaması üşün karantin rejimi tətbiq edilməsini, zəruri olmayan hərəkətləri azaltmaq, bütün ictimai tədbirləri təxirə salmaq, məktəb və universitetləri distant təhsilə köçürməyi tövsiyə edib.

Lukaşenko isə buna cavab olaraq bildirib ki, vətəndaşlar öz hökumətlərinə etibar etsələr, daha yaxşı olar.

“Onlar bizi sevmir. Bu, hər zaman kifayət qədər siyasətçil olan bir beynəlxalq təşkilatdır. Onlar hər yerə gediblər, gözləmədiyim halda, palatalara da giriblər. Onlar bizə karantinə qədər, komendant saatı da daxil olmaqla, xeyli məsləhətlər veriblər. Ekspert kimi onlar deyirlər: hakimiyyət yalan danışmır. Hər şeyi olduğu kimi deyirlər”, – deyə Lukaşenko bildirib.

Belarus Prezidenti  məktəblərin maskalar və antiseptiklərlə təmin edilməsini tələb edən bəzi şagirdlərin valideynlərini də tənqid edib: “Tam axmaqlıqdır. Uşaqlara bu maskaları taxmaq olmaz, xüsusən də məktəbdə. Belə bir tələb olmayıb. Əgər belə bir tələb varsa, bunu edənlər cavab verəcək. Ondansa pəncərəni açın, otağı havalandırın”.

Gununsesi.org