Hande Erçel estetik əməliyyat olundu –  foto

  • By admin
  • 25 Dekabr 2017 22:12


Aktrisa Hande Erçel bıçaq altına yatıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl estetik əməliyyatla sinəsini böyüdən aktrisa bu dəfə yanağındakı piyləri götürtmək qərarına gəlib.

Həkimə müraciət edən Hande “Üzüm ekranda böyük görünür. İncəlməsini istəyirəm” deyib.

Erçelin eyni zamanda dodaqlarında da dəyişiklik edəcəyi bildirilir.

Xatırladaq ki, aktrisa son günlər müğənni Murad Dalkılıçla sevgili olması ilə gündəmə gəlib.

 

Gununsesi.info