
Heyvanlar haqqında çəkilən sənədli filmlərdə rəngarəng və maraqlı görüntülərlə rastlaşırıq. Lakin bu canlıların ömrü barədə bir çoxumuz əsaslı məlumatlara malik deyilik.
Gununsesi.info “hansı heyvan nə qədər yaşayər?” sualına cavab axtaranlar üçün nəzərdə tutulmuş araşdırmanı oxucularına təqdim edir.
Böyük ölçülü kərtənkələ

Bu canlı Yeni Zelandiyada yaşayır. Kərtənkələnin ömrü 100-200 il arasında dəyişir.
Tısbağa

Tısbağanın ortalama ömrü 190 ildir.
Tutuquşu

Ev quşu hesab olunan tutuquşular hər hansl bir xəstəliyə tutulmadığı halda, 80-100 il yaşaya bilir.
Fil

Böyük qulaqları və xortumu ilə bir çox uşağın sevimlisi hesab olunan fillərin ortalama ömrü 86 ildir.
Xamyak

Bu kiçik canlıya çox bağlanmamaq məsləhətdir. Çünki onların ömrü 2-4 il arasında dəyişir.
Arı

Həşəratlar içərisində öz çalışqanlığı ilə seçilən arının ömrü cəmi 4 həftədir.
Pələng

Şahanə duruşu ilə diqqət çəkən pələnglər vəhşi təbiətdə 8-10 il yaşayır.
Buqələmun

Rəngarəngliyi ilə seçilən bu canlının ortalama ömrü 5 ildir.
Qrenland balinası

Bu balina növü dəniz canlıları içərisində ən çox yaşayan heyvandır. O, 177 ildən 245 ilə qədər olan böyük zaman kəsimində yaşayar bilir.
Şir

Meşənin tacsız kralı hesab olunan şirlərin ortalama ömrü isə 15 ildir.
Gununsesi.info












