Harri Potterin uşaqlıq evi satılır – 1,2 MİLYON DOLLARA

  • By admin
  • 22 Avqust 2017 07:40

harry-potter-evi-satiliyor-9954535_5496_o

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Harri Potterin filmdə əks olunan uşaqlıq evi 950 min funt-sterlinqə (təxminən 1 milyon 230 min dollara) satışa çıxarılıb.

İngiltərədə, Suffolkda yerləşən və Harri Potter heyranlarının çox sevdiyi bu evin XIV-XVII əsrlər arasında yaşamış De Vere ailəsi tərəfindən tikildiyi güman olunur.

Bəzi tarixçilərin iddialarına görə, Kral VII Henrix yaşadığı dövrdə bu evə baş çəkib.

Orta əsrlərə məxsus memarlıq abidələrinin üslubunu xatırladan və artıq köhnəlmiş bu evi 20 il əvvəl Toni və Ceyn Ranzetta satın almış, yenidən bərpa etmişlər. Hazırda isə onlar evi satışa çıxarıblar.

harry-potter-evi-satiliyor-9954535_2817_m

 

harry-potter-evi-satiliyor-9954535_4169_m

 

harry-potter-evi-satiliyor-9954535_4915_m

 

harry-potter-evi-satiliyor-9954535_5496_o

 

harry-potter-evi-satiliyor-9954535_8221_m

Gununsesi.info