Hava limanında reyslər iflic oldu

  • By admin
  • 21 Noyabr 2017 19:25

Amsterdamda Avropanın ən iri hava limanlarından biri olan Sxipxol aeroportunda texniki səbəblərlə əlaqədar onlarla uçuş ləngiyib.

Gununsesi.info xəbər verir ki, qüsurun hava limanının radiolokatoru ilə əlaqəli olduğu bildirilib.

Hazırda problemin aradan qaldırılması üçün işlər aparılır.

Hava limanında son uçuş yerli vaxtla saat 12:45-də (Bakı vaxtı ilə 15:45) baş tutub.

Hava limanının adi rejimdə fəaliyyətini nə zaman bərpa edəcəyi hələlik məlum deyil.

Gununsesi.info