Hava zərbələri nəticəsində 22 məktəbli, 6 müəllim ölüb

  • Müəllif: admin
  • 27 Oktyabr 2016 08:04

ATTENTION EDITORS - VISUAL COVERAGE OF SCENES OF INJURY OR DEATH    A civil defence member carries the body of a dead child at a site hit by airstrike in the rebel-controlled area of Maaret al-Numan town in Idlib province, Syria, June 12, 2016. REUTERS/Khalil Ashawi

Suriyanın İdlib şəhərinə endirilən hava zərbələri nəticəsində 22 məktəbli, 6 müəllim ölüb.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə UNİCEF-in (BMT-nin Uşaq Fondu) icraçı direktoru Entoni Leyk bildirib.

“Əldə etdiyimiz məlumata əsasən, İdlib şəhərində yerləşən məktəb bir neçə dəfə  hava hücumuna məruz qalıb. Nəticədə 22 şagird və 6 müəllim həyatını itirib”- deyə, E.Leyk qeyd edib.

Hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil. BMT-nin hesablamalarına görə, 2011-ci ildən etibarən Suriyada silahlı qarşıdurma nəticəsində 220 mindən çox insan həlak olub.

Gununsesi.info