Hava limanı yaxınlığında partlayış - FOTO+VİDEO

  • By admin
  • 16 Avqust 2017 15:48

12

Böyük Britaniya paytaxtı Londonda Sautend hava limanı yaxınlığında partlayış baş verib.

Gununsesi.info bu barədə Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir.

Belə ki, partlayış Sautend hava limanı şimalında anqarda qeydə alınıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım maşınları cəlb olunub.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

Qeyd edək ki, hava limanı anqarından çıxan tüstü-dumanın hər yeri bürüməsinə baxmayaraq, hava məkanı üzərindən uçuşlar dayandırlmayıb.

Anar

Gununsesi.info