Bir müddət əvvəl dələduzluqda ittiham olunaraq həbs edilən vəkil İlqar Həmidovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görö, o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, İlqar Həmidov 7 avqust 2026-cı ildə həbs edilib. O, 11 saylı vəkil bürosunun vəkili olub. Mətbuatda yayılan məlumata görə, vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İlqar Həmidova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Günay












