“Hello Portugal!”  - PORTUQALIYA  AZƏRBAYCANLI  SƏYYAHIN GÖZÜ  ILƏ FOTOSƏRGI

  • By admin
  • 08 Mart 2017 10:34

portuqal

 

Gununsesi.info-nun xəbərinə görə, Portuqaliyanın   Azərbaycandakı  Nümayəndəliyi  tərəfindən təşkil edilən “Hello Portugal! – Portuqaliya  Azərbaycanlı   Səyyahın Gözü ilə” adlı  Fotosərgi 10-12 Mart tarixlərində  “Nur Art  House” qalereyasında baş tutacaq. Sərgidə Portuqaliyanın bir çox yerlərinə səyahət etmiş  fotoqraf  Aydın  Sadıxovun qırxa  yaxın  əsəri  nümayiş  etdiriləcək.

Fotoqrafın  çəkdiyi  şəkillər Portuqaliyanın  tarixi  şəhərlərindən əksəriyyətini əhatə edir. Bu sərgidə siz həm 15-16-cı əsrlərdə  Böyük  Coğrafi Kəşfləri başladan və faktiki olaraq ilkinliyini yaradan dənizçi- səyyahların yola düşdüyü paytaxt Lissabon, həm 19-cu əsrə aid romantic memarlıq sarayları ilə məşhur Sintra, həm əsrarəngiz “Bom Jesus do Monte”(Dağların  Xeyirhah İsası) ziyarətgahı ilə Braqa, həm Duoroçayıvə Port Wine şərabları üçün yetişdirilən üzümlükləri ilə Porto, həm 12-ci əsrdə Xristian Məbəd Cəngavərləri Ordeninin tikdiyi heyranedici monastırı ilə Tomar, həmdə eramızın birinci əsrindən qalma Roma Məbədi və 16-cı əsrdə tikilən və həyatın necə fani olduğunu xatırladan “A Capela dos Ossos” (Sümüklər Kapellası) kapellası ilə  Evora şəhərlərindən kadrlar görə bilərsiz.

Bu fotosərgi 2017-ci ildə təşkil olunmuş ilk Portuqaliya mədəniyyətindən biridir. Bu sərgi ilə həmdə Bakıda ilk dəfə olaraq, Azərbaycanlı olan incəsənət xadimin Aydın Sadıxovun Portuqaliya haqqında baxışları nümayiş etdiriləcək.  Aydın Sadıxov nəyə görə məhz bu ölkəni hədəf olaraq seçdiyi, bu ölkə haqqında təəsuratları, orda keçirdiyi vaxt ərzində nələr hiss etdiyi və Azərbaycanla  Portuqaliya arasında tolerantlıq, qonaq pərvərlik və insanların istiqanlılığı kimi oxşarlıqların kəşfetdiyi haqqda danışacaq.

Keçən il Portuqaliya Nümayəndəliyi yerli tərəfdaşlarla birgə Bakıda bir neçə uğurlu mədəniyyət tədbirlərini həyata keçirib. Beləki, aprel ayında üç Portuqaliya rəssamının əsərləri Müasir İncəsənət Muzeyində “I wanna be adored” adlı sərgidə nümayiş etdirildi; sentyabr ayında Portuqaliyanın “Fad’Nu” musiqi qrupu Landmarkda üç günlük konsert proqramı ilə çıxış etdi və dekabr ayında “Daniel Pereira Trio’ qrupunun yerli musiqiçilərlə birgə Beynəlxalq Muğam Mərkəzində konserti baştutdu.