HƏMAS 5 tailandlını İsrailə təhvil verdi

  • Müəllif: Orxan
  • 30 Yanvar 2025 16:16

İsrail 5 tailandlını təhvil alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ikisi İsrail və beşi əcnəbi olmaqla 7 girov təhvil verilib.

Onlar ilkin tibbi müayinədən keçəcəklər.

Qeyd edəki ki, HƏMAS bugünkü mübadilədə ilk olaraq Agam Bergeri təhvil verib. O artıq İsraildə ailəsinə qovuşub.

Gununsesi.info