HƏMAS bütün girovları azad etdi

HƏMAS İsraillə atəşkəs razılaşması çərçivəsində ilk girovları azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Məlumata görə, 7 nəfər Qırmızı Xaçın himayəsinə verilib. Azad edilən girovların vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Sağ girovların ikinci hissəsi yerli vaxtla saat 10:00-da (Bakı saatı ilə 11:00) azad ediləcək.

***

HƏMAS daha 13 girovu azad edərək, Qırmızı Xaça təhvil verib.

Bununla da HƏMAS-ın əlində 20 girovun hamısı buraxılıb.

 

Gununsesi.info