Henrix Mxitaryan Bakıya gəlməyəcək - RƏSMİ

  • By admin
  • 21 May 2019 14:30

İngiltərənin “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı “Çelsi” ilə keçirəcəyi UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gətirməyəcək. 

Gununsesi.org xəbər verir ki, bununla bağlı London təmsilçisinin rəsmi saytında məlumat yerləşdirilib.

“Mxitaryanla bağlı bütün variantları araşdırdıq, o və ailəsi ilə müzakirələr apardıq və keçirilən yığıncaqda onu finalda oynamaması ilə bağlı qərar qəbul etdik. Məsələ ilə bağlı UEFA-nı məlumatlandırmışıq”, – məlumatda bildirilib.