Heroin qəbul edən taksi sürücüsü saxlanıldı - VİDEO

  • By admin
  • 25 İyul 2022 19:44

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zığ qəsəbəsində yaşayan Balahəsən Ağayev idarə etdiyi “Ravon” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Balahəsən Ağayev sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində protokol tərtib olunub. Balahəsən Ağayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Gununsesi.info