Heyvanın faydaları – TƏHBİİ BOTOKS

  • By admin
  • 14 Yanvar 2017 12:30

heyva

Qədim tibbdə heyvadan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.

Gununsesi.info heyvanın soyuq aylarda yaranan xəstəliklər və sağlamlıqdakı rolunun önəmini nəzərinizə çatdırır. Göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında, böyrək və sidik-cinsiyyət orqanları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti vardır. Heyva toxumunun, cöpünün dəmləməsi mədə-bağırsaqda olan səpgilərin, tənəffus orqanlarının, böyrək ağrılarının müalicəsinə cox yaxşı təsir edir. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. o, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir.Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.

Belə ki, heyvanın  meyvəsi, qabığı, tumu, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə şəfadır. Bir sözlə, kalorisi az olan meyvənin faydalarını saymaqla bitmir. Onun şəfası barədə hələ qədim insanlar da məlumatlı idi. Məsələn, qədim dövrlərdə romalılar ətirləri də heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqrediyentlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik iksiri kimi tanınır.
Heyva antioksidant xüsusiyyəti sayəsində yara və ləkələri yox edir, o cümlədən sızanaqlar üçün də təbii dərman funksiyasını yerinə yetirir.

Təbii botoks
Dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd heyva tumunu çıxardıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq. Onu üzə, boyuna sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Tez başa gələn maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.
Qeyd edək ki, su yerinə gül suyu da istifadə edə bilərsiniz. Əlbəttə, bu daha yaxşı effekt verər.
Heyva maskası 
Heyva dilimləri ilə üzü silmək qırışlara və dəridəki solğunlu aradan qaldırmaq üçün ideal vasitədir.
Yağlı dəri üçün heyva suyu 
Dəymiş bir heyvanı sürtgəcdən keçirərək suyunu çıxarın. Bu suya pambıq batıraraq dərinizi silin. Yağlı dərilər üçün mükəmməl təmizləyicidir. Həmçinin çillərin rənginin açıq şəkildə açılmasını təmin edir.
Təmizləyici heyva maskası
1 heyvanı ürtgəcdən keçirin, içinə 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə sürtün. 15-20 dəqiqə gözlədikdən sonra yuyun. Bu maska qırışlar və yağlı dəri tipinə uyğundur. Bundan başqa dəridə təmizləyici, təravətləndirici və canlandırıcı təsiri var.
Yağlı saçlara heyva maskası 
30 qram heyva tumlarının üzərinə 1 stəkan su töküb 1 saat saxlayın. Sonra zəif odda qaynadıb süzün. Bunu isti-isti yağlı saçların dibinə sürtün. Saçlar quruduqdan sonra isti su ilə yaxalayın. Bu maskanı 1 həftə ərzində hər gün etməyiniz məsləhət görülür. Qarışığı soyuducuda saxlaya bilərsiniz.
1 ədəd iri yetişmiş heyvanın tumlarını çıxarıb kub şəklində doğrayın. Üzərinə 2 stəkan su töküb 5 dəqiqə qaynadın və soyumağa qoyun. Qarışıq soyuduqdan sonra saçlarınız dibinə masaj edərək sürtün. 1 saat gözlədikdən sonra saçlarınızı şampun istifadə etmədən yaxalayın.
Yanıqlar üçün heyva
5 ədəd heyvanın tumlarını çıxarın. Ağzı qapalı bir bankanın içinə tumlarını əlavə edərək üzərinə yarım stəkan qaynar su tökün və 5 dəqiqə ərzində yaxşıca çalxalayın. Bu qarışığı yanıqlara gündə 1-2 dəfə sürtün.
Heyva tumunun sağlamlığa faydaları 
Heyva tumu ancaq gözəllik sektorunda deyil, sağlamlıq problemləri ilə əlaqədar da istifadə edilir. Belə ki heyva tumunun bronxitə, öskürəyə, mədə və bağırsaq problemlərinə müsbət təsiri danılmazdır. Heyva tumu ciyərlər üçün də olduqca faydalıdır. Heyva yarpağı və çiçəkləri soyuqdəymədə və mikroblarla bağlı narahatlıqlarda istifadə edilə bilər. Uşaqlarda rast gəlinən ishal problemini ortadan qaldırır. Heyva tumu ağız yaraları və qoxusunun qarşısını almaqda da olduqca təsirlidir.
Öskürək: Heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsəniz və su ilə qaynadıb içsəniz, öskürəyi kəsər.
Sidik yolu iltihabı: Heyva tumunu qaynadıb suyunu şəkərsiz konfetlə içmək sidik yolu iltihabına yaxşı təsir etsə də, acqarına içmək təklif edilir.
Anemiya: Heyva suyu üzüm kompotu ilə bərabər, içildiyi zaman qan azlığı kimi problemləri yox edir. Heyvanın tükləri qanayan yaraya qoyulsa, qanaxmanın qarşısını alır.
Sakitləşdirici vanna: Heyva yarpaqlarını qaynadıb suyunda vanna qəbul etmək sinirləri sakitləşdirər. 
Susuzluq:
Heyva sərinləşdirici xüsusiyyəti ilə həm susuzluğu aradan qaldırır, həm də bədənə sərinlik gətirir.
Ürək: Heyvanın özü, kompotu və tumu, bunları çiy yemək ürək xəstəliklərində ən əsas qidalardır.  Müntəzəm heyva qəbul edən insanlarda ürək problemləri və xəstəlikləri nadir hallarda yaranır.

Qeyd edək ki, A və B vitaminləri ilə zəngin olan heyva qış fəslinin əvəzolunmaz meyvələrindəndir. Şəkər miqdarı olduqca aşağı olan bu meyvə eyni zamanda insanı rahatlatmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.
Heyvanın bilmədiyiniz digər faydaları:
– Mədə və bağırsaqları gücləndirir.
– İshalı kəsməkdə təsirlidir.
– Qara ciyərin fəaliyyətini yaxşılaşdırır.
– Qanı təmizləyir.
– Ürək döyüntüsünə xeyir edir. Ürəyə qüvvət verir və rahatladır.
– Öskürməyə faydalıdır.
– Dərini təmizləyir, dırnaqları bərkidir.
– Varikozun qarşısını alır.
Bundan başqa, heyva ağ ciyər, böyrək, boğaz, göz və ağız sağlamlığı üçün də faydalıdır. Heyva damar sərtliyinə xeyir edir, təzyiqi endirir. Yarpaqlarından hazırlanan çay ürək ağrılarına yaxşı təsir edir və insanı sakitləşdirir. Həmçinin yarpaqlarını qaynadıb, suyu ilə qarqara etmək, yarpaqlarını isə boğaza kompress kimi qoymaq boğaz ağrısının və şişməsinin keçməsinə kömək edir. Kərə yağında bişirilən heyva nəfəs yolu xəstəliklərinə, xroniki öskürəyə, bronxitə və vərəm xəstəliyinə xeyirlidir. Heyva çiçəyini bal ilə qatıb udanda baş ağrısını kəsir. Bundan başqa, heyvanın çiçəyini qaynadıb, suyunu içmək ürək döyüntüsünü kəsir, ürəyi qüvvətləndirir və ananın südünü artırır.
Heyva qanamanı dayandırmaqda da təsirlidir. Burnunuz qanayarkən heyva suyunu burna çəkmək qanamanı dayandırmağınıza kömək edəcəkdir. Bundan əlavə, heyvanın üzərindəki tükləri qanayan yerə qoyduqda da qanamanı kəsir.
Heyvanın özünü və tumunu qaynadıb suyunu içmək qadınlarda doğumu asanlaşdırır, iştah açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır.
Gözlərə xeyirlidir. Göz ağı, göz qapağı və kirpiklərin iltihablanması zamanı heyva yarpağını qaynadıb soyutduqdan sonra gözlər bu su ilə gündə bir neçə dəfə yuyulur.

heyva2 heyva1

Gülnaz Qənbərli

Gununsesi.info