Hikmət Hacıyev: “Smerç” raketindən açılan atəş nəticəsində biri iki yaşlı körpə olmaqla dörd nəfər həlak olub”

  • By admin
  • 27 Oktyabr 2020 18:51

ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə ediblər.

Gununsesi.info bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib ki, mülki əhaliyə qarşı istifadəsi yasaq olan bu tip silahdan açılan atəş nəticəsində biri iki yaşlı körpə olmaqla dörd nəfər öldürülüb, 13 nəfər isə yaralanıb.

 

Gununsesi.info