Hind kinosunun məşhur ulduzu vəfat etdi

  • By admin
  • 25 Fevral 2018 19:30

Hindistanın məşhur kino ulduzu Şridevi dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, aktrisa Dubayda vəfat edib.

Şridevinin Birləşmiş Ərəb Əmirliklərinə yaxın qoyumunun toy mərasimində iştirak etmək üçün gəldiyi bildirilir.

Aktrisanın vəfatı ilə əlaqədar Hindistan prezidenti Ram Natx Kovind baş sağlığı verib.

Karyerası ərzində Şridevi 265 filmdə çəkilib. Onların arasında ən məşhurları: “Qəmli əhvalat” (1983), “Hədiyyə” (1984), “Çandi” (1987), “Fırıldaqçı” (1987), “Məhəbbət anları” (1991), “Yolunu itirənlər” (1993).

Gununsesi.info