Hindistan inəklər üçün nazirlik yaratmaq istəyir

  • By admin
  • 03 Avqust 2017 19:42

58df28ecbff88jpg-18-56-28

 

Hindistan hökuməti inəklər üçün ayrı bir nazirlik açmaq barəsində düşünür.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Bharatiya Janata Partiyasının sədri Amit Şah Uttar məlumat verib.

O, mətbuat konfransında bildirib ki, bu mövzu ilə bağlı çox təklif və tövsiyyələr olub. Sədr hazırda ideyanın dəyərləndirildiyini söyləyib.

Lakin, nazirlik yaradılacağı təqdirdə onun funksiyasının nədən ibarət olacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Hindistanda inək müqəddəs  heyvan sayılır. Amma inəklərlə bağlı məsələlər Heyvanlar üzrə Nazirliyin səlahiyyətinə daxildir.