Hindistan ordusu 48 saatdan çox köməksiz vəziyyətdə qalan alpinisti xilas etdi – VİDEO

  • By admin
  • 10 Fevral 2022 22:52

Hindistanda ordusu dağlıq ərazidə saatlarla davam edən çətin xilasetmə əməliyyatı həyata keçirib.

Belə ki, 48 saat dağ yamacında köməksiz vəziyyətdə qalan şəxsin xilas edilməsinə hərbçilər cəlb edilib.

Babu adlı gənc iki gündən bir qədər çox yeməksiz və susuz qalıb.

Xilasetmə qrupları onun yeri müəyyən etmək üçün dronlardan istifadə edib.

Səmaya helikopterlər qaldırılsa da sıldırımlı relyef kömək gözləyən şəxsi xilas etməyə imkan verməyib.

Nəhayət alpinist Hindistan ordusunun alpinist komandası tərəfindən kəndirlərlə xilas edilib.

Gununsesi.info