
Hindistanda qatı duman səbəbindən 50 avtomobil toqquşub.
“Gununsesi.org” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində səkkiz nəfər ölüb. Toqquşan avtomobillər arasında məktəb avtobusları da olub.
Yaralılardan onunun vəziyyəti kritik olaraq qiymətləndirilir.
Qəza səbəbindən yolda iki kilometr uzunluğunda tıxac yaranıb.












