
Hindistanda dəhşətli yol qəzası baş verib.
Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, Hindistanın Pəncab əyalətinə bağlı Aboxar şəhərində bir cip, yük avtomobilinə çırpılıb.
Meydana gələn qəzada 5-i qadın olmaqla, ümumilikdə 13 nəfər müəllim ölüb, daha 2 nəfər isə yaralanıb. Yaralılar dərhal Aboxar şəhər xəstəxanasına yerləşdirilib.
Qəzanın baş vermə səbəblərinin dəqiqləşdirmək məqsədi ilə istintaq başladılıb.
Anar
Gununsesi.info












