Hindistanda avtobus dərədən aşıb, 7 ölü, 40 yaralı var

  • By admin
  • 04 Fevral 2020 21:04

Hindistanın Assam ştatında avtobusun dərəyə aşması nəticəsində azı 7 nəfər ölüb, 40 nəfər yaralanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Hindistan Today portalı məlumat yayıb.

Məlumata görə, avtobus sürücüsü idarəetməni itirib, sonra avtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb, sürüşərək dərədən aşıb. Hadisə nəticəsində 5 nəfər yerindəcə ölüb, daha iki nəfər xəstəxanada keçinib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanların ilk köməyinə yerli sakinlər gəlib. Xilasetmə əməliyyatında ordu və polis əməkdaşları da iştirak edib.

Gununsesi.org