Hindistanda dəhşət:  — Eyni ailənin 11 üzvü evin tavanından asılıb

  • By admin
  • 02 İyul 2018 16:35

Hindistanda dəhşət

Hindistanda dəhşətli hadisə baş verib.

Eyni ailənin 11 üzvünün meyiti boğazından asılı vəziyyətdə aşkar edilib. Polisə görə hadisə cinayətə bənzəmədiyi üçün hər hansı bir intihar hadisəsinə rast gəlməyib.

Hadisə paytaxtda baş verib. Burari qəsəbəsindəki bir evdə eyni ailənin 11 nəfərinin meyiti aşkarlanıb. Meyitlərdən 7-i qadın, 4-i isə kişi meyitidir.

Polis bildirir ki, 10 nəfər gözübağlı halda tavandan iplə asılı, birinin isə meyiti yerdə uzanılı olub. Polis ölümlərin intihar və ya cinayət olduğunu bilmir.

 Evdə və meyitlərin üzərində heç bir zorakılıq əlaməti yoxdur. Qonşular isə ailənin problemsiz ailə olduğunu bildirir.

Meyitlərdən ən kiçiyi 12 yaşlı oğlan usağı, ən yaşlısı isə 60 yaşlı kişiyə məxsusdur.