Hindistanda inək kəsən müsəlmanı döyüb öldürdülər

  • By admin
  • 25 May 2018 13:48

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Madhya Pradeş əəyalətində 45 yaşlı dərzi bir qrup şəxsin hücumuna məruz qalıb. Daş və dəyənəklərlə hücum edən qrup Riyaz adlı müsəlmanı öldürüb, onun dostu Şakel isə yaralanıb. 38 yaşlı Şakel polisə açıqlamasında inək kəsmədiklərini bildirib. Hücum və cinayətdə təqsirli bilinən 4 nəfər həbs edilib.
Son dövrlər ölkənin müsəlman əhalisinə qarşı belə ittihamlar tez-tez səsləndirilir. Mart ayında məhkəmə eyni ittihamla 1 nəfəri öldürən 11 şəxsə ömürlük həbs cəzası vermişdi.
Ötən ilin mayında Assam əyalətində inək oğurladığı iddia edilən 2 müsəlman öldürülmüşdü. İyunda isə 16 yaşlı Cüneyt Xan adlı müsəlmanın yanında ət daşıdığı iddia edilmiş, bıçaqa qətlə yetirilmişdi.
2017-ci ildən bəri Qucarat əyalətində inək öldürənlərə ömürlük həbs cəzası tətbiq edilir, inək əti daşıyanlara isə 7-10 il həbs və ya 500-7500 dollar pul cəzası verilir.