Hindistanda kişi 20 uşağı girov götürüb

  • By admin
  • 30 Yanvar 2020 23:14

Hindistanda kişi 20 uşağı girov götürüb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Məlumata görə, hadisə Uttar-Pradeş ştatında qeydə alınıb.

Qeyd edilir ki, həmin şəxs uşaqları öz qızının doğum günü münasibətilə keçirilən əyləncəyə dəvət edib və onları girov götürüb.

“Biz Kanpur polisinin baş müfəttişinə hadisə yerinə gəlməyi xahiş etdik. Biz həmçinin vəziyyətə nəzarət etmək üçün hadisə yerinə kommando dəstəsini doğurduq. Vəziyyəti izləyirik. Başlıca vəzifəmiz uşaqları xilas etməkdir”, – deyə Uttar-Pradeş polisinin baş direktoru Om Sinqh bildirib.

Yerli sakinlərin məlumatına görə, girovların dəqiq sayı məlum deyil. Bildirilir ki, evdə 20-dən 25-ə qədər uşaq ola bilər.

Hadisəni törədən şəxs qətl işində də təqsirləndirilir.

Hazırda polis uşaqların azad edilməsi ilə bağlı əməliyyat keçirir.

 

Gununsesi.org