Hindistanda koronavirusa yoluxma hallarının sayı 1 077 618-ə çatıb

  • By admin
  • 19 İyul 2020 17:39

Hindistanda son sutkada 39 minə yaxın koronavirusa yeni yoluxma hadisəsi qeydə alınıb.

Gununsesi.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə ümumilikdə koronavirusa yoluxma hallarının sayı 1 077 618-ə çatıb, 373 min insan müalicə alır, 677 mini sağalıb, 27 min insan virus səbəbi ilə ölüb.

Hindistan yeni növ koronavirusun yayılması üzrə ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.

 

 

Gununsesi.org