Hindistanda partlayış - 15 NƏFƏR YARALANIB

  • By admin
  • 05 Noyabr 2017 16:40

Hindistanın Xaryana ştatında zavodda baş verən partlayış nəticəsində 15 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.

Hadisə Xisara şəhərinin yaxınlığında baş verib. Polisdə olan məlumata görə, bütün yaralananlar xəstəxanalara yerləşdirilib, onlardan 7-nin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Qeyd olunur ki, partlayış yağ sızması nəticəsində baş verib.

Gununsesi.info