Hökumət Dəniz Baykaldan üzr istədi

  • By admin
  • 18 Avqust 2016 12:31
baykal
Türkiyə Ali İxtisas Təşkilatı CHP-nin sabiq lideri, Antalya millət vəliki Dəniz Baykaldan qızına qarşı edilən haqsızlığa görə üzr istəyib.
Gununsesi.info “Haberturk”-ə istinadən xəbər verir ki, Ali İxtisas Təşkilatınn sədri Yekta Saraç Dəniz Baykalından,  qızı Akdeniz Universitetinin professoru Aslı Baykal Atamanın FETÖ/PDY ilə əlaqəli bilinərək dindirilməsi və Universitetdəki otağında axtarış aparılmasının yanlışlıq olduğuna görə üzr istəyib.
Məsələ ilə bağlı olaraq Ali  İxtisas Təşkilatının rəhbəri Yekta Saraç Dəniz Baykalın qızının Akdeniz Universitetindəki otağında aparılan qanunsuz yoxlama və dindirilmə ilə əlaqədar olaraq  görüşüb və yaranmış vəziyyəti müzakirə ediblər.
Y.Saraç deyib ki, burada yanlışlıq olub: “Bir daha belə bir yanlışlıqların olmaması üçün duyduğunuz halda bizi xəbərdar edin və biz də öz nvbəmizdə bu yanlşlıqları düzəldərik”.
D. Baykal isə deyib ki, “qurunun oduna yaşı yandırmaq” lazım deyil.
Gununsesi.info