Hökumət Milli Məclisdə hesabat verir

  • Müəllif: admin
  • 16 Mart 2018 12:15
Bu gün Milli Məclisdə hökumətin  illik hesabatı ümzakirə edilir.
Gununsesi.info xəbər verir- Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, ötən il dünya iqtisadiyyatında mənfi meyllər güclənsə də, iqtisadi dirçəliş az müşahidə olunsa  da, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dünya iqtisadiyyatında yaranmış vəziyyətin ölkə iqtisadiyyatı inkişaf edib. “Azərbaycan xalqı  2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Siyasi, iqtisadi islahatlar uğurla həyata keçirilib.  2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib, bütün sahələrində əldə edilmiş nəticələr ölkənin ümumi inkişafına böyük töhfə verib”- deyə, spiker bildirib.
Spiker əlavə edib ki, 2017-ci il Azərbaycan dövlətinin tarixində bir sıra müham hadisələri ilə yadda qalıb. “Bunlar “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması, Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilməsi, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının növbəti toplantısının Azərbaycanda keçirilməsi və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin reallaşdırılamsı istiqamətində görülən işlərdir.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb.
2017-ci ildə Ümumi daxili məhsulda artım qeydə alınıb.
2017-ci ildə valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. 2017-ci ildə Azərbaycanın  ixracı 19 faiz artıb. Ticarət balansının müsbət saldosu isə 6,2 milyard dollar səviyyəsindədir”. 
 Hazırda baş naziri artur Rəsi-zadə hökumətin hesabatını parlamentə təqdim etməkdədir.
 
Mürtəza 
 
 Gununsesi.info