Hökumət “Parabankı” da bitirir -QƏRAR

  • By admin
  • 02 İyul 2016 15:51

parabank

Bankın Sumqayıt filialı qapadıldı

Azərbaycanda bank filialının fəaliyyəti dayandırıldı. “Parabank”ın filialında ciddi qanunsuzluq aşkarlanıb Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə “Parabank” ASC-nin Sumqayıt filialına bank fəaliyyətini həyata keçirməyə verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində bank tərəfindən filail və şöbələrin açılmasının dayandırılması, Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrdən kənbarlaşdırılması barədə qərar qəbul edib. Bu barədə gununsesi.info-ya Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən verilib. Məlumatda bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasdaPalatanın cari fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər, o cümlədən bank sektorunda həyata keçirilən nəzarət tədbirləri müzakirə edilib. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindənhəyata keçirilmiş monitorinqlər nəticəsində “Parabank” ASC-nin Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar olunmuş və aparılmış yoxlamalarqeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsbit edib. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq,Direktorlar Şurası “Parabank” ASC-nin Sumqayıt filialına bank fəaliyyətini həyata keçirməyə verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində “Parabank” ASC tərəfindən filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədəqərar qəbul edib. İclasın davamında gündəlikdə duran bir sıra cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edilib. Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə vasitəçilərinə daxili nəzarət sistemlərinin gücləndirilməsi və təkmilləşdirilməsini tövsiyə edir. Maliyyə bazarlarında monitorinqlər davam etdirilir və qanun pozuntusu hallar aşkar edilərsə müvafiq tədbirlər görüləcəkdir.