Hökümətdən nazirlərə saat qadağası

  • By admin
  • 10 Oktyabr 2016 11:24
saat
Böyük Britaniyanın nazirlərinə  iclaslar zamanı “ağıllı” Apple saatlarının gəzdirmək qadağan edilib.
Gununsesi.info Telegraph-a istinadən xəbər verir ki, belə bir qadağanın qoyulmasına səbəb rusiyalı hakerlərin kiber hücumları ilə bağlıdır. Çünki rusiyalı hakerlər Apple Watch-dən  gizli dinləyici qurğu kimi istifadə edə bilərlər. Əgər əvvəllər bu qadağa hökumətin konkret üzvlərinə aid idi. Belə ki,  belə bir qadağa əvvəllər sabiq baş nazir Devid Kemerona və Ədliyyə naziri Maykl Qouva aid idi, indi isə bu qadağa bütün  hökumət üzvlərinə şamil edilib.
Bundan öncəhəmçinin parlament üzvlərinə mobil telefon da gəzdirmək qadağan olunub.
Gununsesi.info